AZ

“Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya ilə əməkdaşlığa yenidən baxacaq” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan Rusiyadan olan tərəfdaşlara müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrində bərpa işlərinin həyata keçirilməsi məsələsi ilə bağlı qərar qəbul olunmasını xahiş edib.

Gununsesi.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya ilə təmaslar zamanı, o cümlədən dövlət və hökumət başçıları səviyyəsində müzakirə edilib:

O da qeyd edilib ki, Moskva bu təşəbbüsə müsbət cavab verməyib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Ermənistan Dəmir Yollarının yenidən qurulmasında maraqlı deyil və bu məqsədlə kifayət qədər maliyyə ayırmaq niyyətində deyil:

“Təbii ki, Nikol Paşinyanın əsas hədəfi Ermənistan dəmir yollarını Rusiyanın inhisarından çıxarmaqdır. Necə ki, daha əvvəl ölkənin enerji sisteminə nəzarəti Samvel Karapetyandan alaraq milliləşdirmişdi, indi də eyni prosesi dəmir yolları ilə bağlı həyata keçirməyi planlaşdırır. Paşinyan elektrik şəbəkəsi və dəmir yollarını Rusiyanın nəzarətindən çıxarmaqla Moskvanın Ermənistandakı təsirini neytrallaşdırmağa çalışır.

Bu siyasət nəticəsində Ermənistan öz iqtisadi imkanlarını müstəqil şəkildə səfərbər edərək Türkiyə və Azərbaycanla birbaşa əlaqələr qurmağı hədəfləyir. Ermənistan Dəmir Yolunun Zəngəzurdan keçən hissəsi dağıdılıb və bu xəttin təmirini rəsmi İrəvanın öz vəsaiti hesabına reallaşdırması planlaşdırılır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, növbəti mərhələdə Ermənistan Baş nazirinin Türkiyə və İranla sərhədlərdən Rusiya sərhəd qoşunlarının çıxarılması məsələsini gündəmə gətirəcəyi mümkündür.

O deyib ki, əgər Nikol Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığa yenidən baxacaq.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
icma.az

1Mənbələr