Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev və Moldovanın mədəniyyət naziri Kristian Jardan mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Görüş zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və onun inkişaf perspektivlərini müzakirə etmək imkanı oldu", - məlumatda qeyd edilib.