“Donald Trampın Rusiya prezidenti Vladimir Putini “Sülh Şurası”na dəvət etmək qərarı Amerika liderinin təşəbbüsü ilə bağlı mövcud narahatlığı artırıb”,- qəzet yazır.
“FT” xatırladır ki, yeni şurada iştirakdan imtina edən Fransa prezidenti Emmanuel Makron bu qurumunsəlahiyyətlərinə şübhə ilə yanaşıb. Almaniya isə, ancaq onun işi beynəlxalq hüquq normalarına tam uyğun gələrsə, “Sülh Şurası”na üzv olacağını açıqlayıb.
- Rusiya və Belarusun “Sülh Şurası”nda Ukrayna ilə necə birgə işləyə biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm”,- Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, yanvarın 20-də deyib.
Lakin ZelenskiUkraynanın şuraya mümkün qəbulu ilə bağlı suala cavab verməyib.
![]() |
| Prezident: "Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq" |
Peskov həmçinin diqqətə çatdırıb ki, Rusiya tərəfinin “Sülh Şura”sı ilə bağlı hələ də çoxsaylı sualları var və Kreml ABŞ ilə danışıqlar zamanı onlara cavab alacağına ümid edir.
“FT” nəşrinin iddiasına görə, Putini dəvət göndərməkdə Trampın məqsədi Rusiya lideri ilə dialoqu davam etdirmək olub.
Daha əvvəl “Bloomberg” agentliyin Tramp administrasiyasının “Sülh Şurası”nda daimi yer almaq istəyən ölkələrdən ən azı 1 milyard dollar yardım tələb etdiyini yazmışdı.
Lakin sözügedən quruma üzv olmaq üçün dəvət alan Belarusun prezidenti Aleksandr Lukaşenko maliyyə məsələsinə aydınlıq gətirib.
“Heç bir pul lazım deyil, bu məlumatı yayan şəxslər isə yenə özlərini axmaq vəziyyətə saldılar. “Sülh Şurası”nda təsisçi kimi iştirak ilk üç il ərzində pulsuzdur. Bir milyard dolları üç ildən sonra şurada işinizi davam etdirməyi istəycəyiniz halda ödəmək lazım gələcək”,- Belarus lideri vurğulayıb.
Yeri gəlmişkən, dövlətimizin “Sülh Şurası”na təsisçi üzv qismində daxil olması üçün Amerika liderinin göndərdiyi məktuba müsbət cavab verən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu qurumun nəcib missiyasını paylaşacağını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
