ain.az bildirir, Fanat saytına əsaslanaraq.
"Səbail" növbəti transferini reallaşdırıb.
Bu barədə Fanat.Az-a "dənizçilər"in baş məşqçisi Adil Şükürov məlumat verib.
Paytaxt təmsilçisi mövsümün ilk yarısını "Kəpəz"də keçirən mərkəz müdafiəçisi Raul Məmmədovu heyətinə qatıb.
U-21-in üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Raul mövsümün ilk yarısında "sarı-göylər"in forması ilə 5 matça çıxıb ki, bunlardan da 4-ü Misli Premyer Liqası, 1-i isə Bizon Azərbaycan Kuboku çərçivəsində baş tutub.
"Səbail" Rauldan başqa, "Difai"dən yarımmüdafiəçi Roman Hüseynovu "Şahdağ Qusar"dan hücumçu Roman Voronsovu transfer edib. Həmçinin Rəhman Hacıyev "dənizçilər"lə yollarını ayırıb, müdafiəçi Emin Rüstəmov isə "Karvan-Yevlax" klubuna icarəyə verilib.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.