AZ

Paytaxtda oğurluq edən 7 nəfər SAXLANILDI

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ajans.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Cabir Ələkbərov və 34 yaşlı Nazir İsmayılov müəyyən edilərək saxlanılıblar. Şöbənin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisindəki market və ticarət mərkəzlərinin birindən mobil telefon, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 37 yaşlı İxtiyar Nəbiyev və daha iki şəxs saxlanılıblar. Bundan başqa, Nizami rayonunda polis əməkdaşları kuryerlik edən şəxslərin motosikletlərini oğurlamaqda şübhəli bilinən Elvin İmanov və Samir Hüseynovu da saxlayıblar. Qeyd edək ki, hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
25
23
Ajans.az

10Mənbələr