Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki, saxlanılma zamanı həkim zorakılığa məruz qalıb və döyülmə nəticəsində beyin zədəsi alıb. Daha sonra o, naməlum istiqamətə aparılıb. Hazırda Abbasəlizadənin harada saxlanıldığı və səhhətinin vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib. Hadisə barədə vəkil və insan haqları fəalı Qasim Badi sosial şəbəkə X-də paylaşım edib. Məlumat GADTB tərəfindən də yayılıb. Qeyd edək ki, Dr. Şəmsi Abbasəlizadə daha əvvəl — 2022-ci ildə baş verən etirazlar zamanı da təqiblərə məruz qalıb. O, Aylar Hakkının qətlinə etiraz edən tələbə toplantılarında iştirak etdikdən sonra müəllimlik və tibb fəaliyyəti ilə məşğul olmaqdan kənarlaşdırılıb.