Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işinə başladı. Davos Forumu bu dəfə daha çox qlobal geo-siyasi çağrışlara fokuslanaraq 2026-cı il üçün real təkliflər ilə çıxış etmək niyyətindədir.
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, aparıcı dövlət və hökumət başçılarını, biznes və vətəndaş cəmiyyəti liderlərini bir araya gətirən Forumda Azərbaycan da ənənəvi olaraq fəal iştirak edir:
"Prezident İlham Əliyevin panel çıxışları və nüfuzlu şirkət rəhbərləri ilə görüşləri Azərbaycanın strateji xəttini, xüsusən qeyri-neft sektoruna xarici sərmayələrin cəlbini önə çıxarır. Davos İqtisadi Forumunun regional tədbirinin və 4-cü Sənaye İnqilabı Mərkəzinin Bakıda yaradılması isə Azərbaycana verilən yüksək dəyərin göstəricisidir".