AZ

Putinin və Trampın elçiləri razı qaldı Ukrayna isə...

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Davos İqtisadi Forumunda ABŞ və Rusiya prezidentlərinin xüsusi nümayəndələri Stiv Uitkoff və Kiril Dmitriyev Ukraynada müharibənin dayandırılması üzrə mümkün razılaşma ilə bağlı görüşü “çox pozitiv” və “konstruktiv” qiymətləndiriblər.

Lakin Ukraynanın təhlükəsizliyi və iqtisadi inkişafı ilə bağlı ABŞ ilə hələlik yekun razılaşma əldə olunmayıb.

Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kiril Dmitriyev təxminən iki saat davam edən görüş barədə bildirib ki, “dialoq konstruktivdir və getdikcə daha çox insanlar Rusiyanın mövqeyinin haqlı olduğunu anlayırlar”.

ABŞ nümayəndəsi Stiv Uitkoff isə RİA agentliyinə deyib: “Biz çox pozitiv görüş keçirdik”.

Eyni zamanda, Ukrayna tərəfi Fransanın, Almaniyanın və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşərək Ukraynaya təmin ediləcək təhlükəsizlik zəmanətləri və gələcək diplomatik işlər üzrə əsas yanaşmaları razılaşdırıb.

Ukrayna Prezidentinin ofisi rəhbəri Kirilo Budanov bildirib ki, proses irəliləyir: “Sabah mütləq sülh olacaq deyə iddia edə bilmərəm. Kiminsə belə bir söz verməsi düzgün deyil. Amma biz buna nail olmaq üçün böyük səylər göstəririk”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
50
azpolitika.info

10Mənbələr