Kreml Davosda keçirilən Rusiya və ABŞ nümayəndələri arasında görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Davosda Amerika nümayəndələri ilə keçirilən görüşün təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Davosda Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.