Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ben Devis böyük bəxtsizliklə üzləşib."Football-plus.az" xəbər verir ki, “Tottenhem”in müdafiəçisi sol topuğundan ağır zədə alıb. Klubun yaydığı məlumata görə, 32 yaşlı futbolçu premier-liqada “Vest Hem”ə məğlub olduqları (1:2) matçda sıradan çıxıb. Futbolçu əməliyyat olunacağı üçün bu mövsümün qalan hissəsində meydana çıxması gözlənilmir.Bu zədə Uels yığması üçün də böyük itki hesab olunur. Belə ki, milli komanda mart ayında DÇ-2026-nın seçmə turnirinin pley-off mərhələsinin yarımfinalında Bosniya və Hersoqovina ilə oynayacaq.Xatırladaq ki, “Vest Hem”lə derbi Devisin bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 5-ci oyun idi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.