AZ

“Azəriqaz” rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirəcək



SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Mingəçevir şəhərində vətəndaş qəbulu keçirəcək.

Newscenter.az xəbər verir ki, qəbul yanvarın 23-də Gənclər Evində baş tutacaq.

Görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.

Süleyman
Seçilən
26
5
newscenter.az

9Mənbələr