AZ

Ötən il Nazirlik dövlət büdcəsi hesabına müavinət, təqaüd, ünvanlı yardım üzrə 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödəyib

BAKI, TurkicWorld

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına əhaliyə müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əvvəlki ilə nisbətən 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödənilib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

O cümlədən:

  • müavinətlər üzrə 529 min nəfər 1,2 mlrd. manat,
  • Prezident təqaüdləri üzrə 407 min nəfər 756 mln. manat,
  • ünvanlı dövlət sosial yardımı üzrə 76 min ailə (336 min nəfər ailə üzvü) 420 mln. manat

vəsaitlə təmin edilib. Bu sosial ödənişlərlə ümumilikdə 1 mln. 272 min nəfər əhatə olunub.

Seçilən
5
3
turkic.world

4Mənbələr