Novosibirskdə ticarət mərkəzinin damı çöküb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Novosibirsk şəhərində fövqəladə hadisə baş verib. Şəhərdəki ticarət mərkəzlərindən birinin dam örtüyü uçub.
İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
Hazırda hadisə yerinə təcili xidmət orqanları cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az