Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.
Ekologiya.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.