AZ

Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb

Lima, 20 yanvar, AZƏRTAC

Perunun “GÜİK” qəzetində və “guik.pe” portalında 20 Yanvar faciəsinə həsr edilmiş “Azərbaycan: Limadakı Azərbaycan səfirliyi “Milli Matəm Günü”nü anıb” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Limada “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar qurbanlarına həsr edilmiş dini ayindən geniş bəhs olunub.

Məqalədə yazılır ki, mərasim zamanı ata Pako adlanan baş keşiş Fransisko Ameskita bu gün Azərbaycan üçün, onun azadlıq şəhidləri üçün dua etdiklərini xüsusi vurğulayıb. O, Papa Fransiskin fikirlərinə istinad edərək bildirib ki, sülh ədalət, dialoq və qardaşlıq yolu ilə qurulur. F.Ameskita deyib ki, Azərbaycan üçün milli matəm günündə keçirilən bu dini ayin dünya sülhünə, xüsusilə də Azərbaycan xalqına həsr edilib.

Seçilən
41
2
azertag.az

3Mənbələr