AZ

Yanğın zamanı iki mağaza və tikinti materialları olan anbarı yanıb

BAKI, 21 yanvar. TELEQRAF

Yanğın zamanı iki mağaza və tikinti materialları olan anbarı yanıb.

Teleqraf xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, FHN-in “112” qaynar xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, tikinti materiallarının saxlanıldığı obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnikası, 70 nəfər şəxsi heyəti cəlb olub olunub.

Yanğın nəticəsində iki ədəd tikinti məhsulları satılan 240 kvadrat metr mağaza və arxasında 200 kvadrat metr olan sahəsi - tikinti materialları olan anbarı yanıb. Yanan məhsullar əsasən boya məhsulları idi.
Yanğından yaxınlıqda olan digər mağazalar mühafizə olunub. FHN əməkdaşları tərəfindən mağazaların içərisində olan məhsullar yanmayan əraziyə daşınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılacaq".

Seçilən
54
1
teleqraf.com

1Mənbələr