Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının mərkəzində yerləşən və hazırda “Four Seasons” mehmanxanasının fəaliyyət göstərdiyi ərazidə vaxtilə mühüm tarixi-memarlıq abidələri mövcud olub.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyevin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 2006-cı ilə qədər bu ərazidə sovet dövründə “Tibb işçilərinin evi” kimi tanınan bina yerləşib. İkinci Dünya müharibəsinədək isə bina “Sanitar maarifləndirmə evi” adlanıb və burada Sosial gigiyena muzeyi fəaliyyət göstərib. Həmin dövrdə binanın üzərinə əlavə mərtəbə tikilərək üçmərtəbəli hala gətirildiyi qeyd olunur.
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Memarın bildirdiyinə görə, sözügedən tikili əslində daha qədim tarixə malik memarlıq abidəsi olub. Belə ki, bina 1866–1867-ci illərdə alman memarı Karl Qustav Gippiusun (1832–1880) layihəsi əsasında inşa edilib və “Qubernator evi” kimi tanınıb. 1868-ci ildən etibarən burada Bakı şəhərinin başçısı və general-qubernator Pyotr İvanoviç Martınov yaşayıb.
Məlumatda qeyd olunur ki, 2006-cı ildə “Tibb işçilərinin evi” binası və ona bitişik daha iki memarlıq abidəsi sökülüb. Bununla da ərazi tamamilə boşaldılıb.
2009-cu ildən etibarən sözügedən sahədə yeni “Four Seasons” mehmanxanasının inşasına başlanılıb. Layihənin memarı Böyük Britaniyanın “ReardonSmith Architects” memarlıq şirkəti olub. Hotelin rəsmi açılışı isə 3 sentyabr 2012-ci ildə baş tutub.
Memar Elçin Əliyev qeyd edir ki, bu ərazi Bakının tarixi-memarlıq yaddaşı baxımından mühüm əhəmiyyət daşıyıb və zamanla burada mövcud olmuş binalar şəhərin müxtəlif dövrlərini əks etdirib.
Eltac Zülfüqaroğlu
Oxunub 332
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.