“Mançester Yunayted”in sabiq əfsanəvi müdafiəçisi Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç yanvarın 20-də Belqradda ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Faciənin başvermə şəraiti ilə bağlı təfərrüat açıqlanmır. Nemanya Vidiç isə qardaşının ölümü ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, Duşan Vidiç barədə məlumatlar məhduddur. Mətbuatın yazdığına görə, məhz o, 7 yaşlı Nemanyanı ilk dəfə yerli “Yedinstvo Ujitse” klubunun məşqinə aparıb. Duşanın futbolçu karyerası uğurlu alınmayıb, kiçik qardaşı isə sonradan dünya futbolunun ulduzuna çevrilib.