BAKI, 21 yanvar. TELEQRAF
2025-ci ildə “SOCAR Karbamid” zavodunda istehsal olunan gübrə ən çox Ukrayna, Rumıniya, Bolqarıstan və Türkiyəyə ixrac olunub.
Teleqraf xəbər verir ki, bu barədə “SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna deyib.
O bildirib ki, Karbamid zavodu daxili tələbatı 100% qarşılayır ki, bu da ümumi istehsalın 12%-ni təşkil edir:
“Logistika xərcləri azaldıldıqdan sonra Braziliya və ABŞ-yə də gübrə göndərə bilirik. Buna səbəb keyfiyətin çox yaxşı olmasıdır. Mən 20-dən çox karbamid zavodu, şirkəti və emalatxanası görmüşəm. Heç vaxt bu qədər aşağı toz tərkibli, bu qədər keyfiyyətli gübrə istehsalı ilə rastlaşmamışam. Açığı, 3 ildir ki, maksimum gücdə çox yüksək keyfiyyətli məhsul istehsal edirik. Əlbəttə ki, biz yalnız karbamid istehsal etmirik; biz həm də ammonyak istehsal edirik”.