AZ

Moldovanın MDB-dən çıxması asan olmayacaq: Moskva şərtləri açıqladı

Moldovanın MDB-dən çıxmasının Birlik Nizamnaməsinə uyğun olaraq müəyyən vaxt aparacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bununla belə başa düşmək lazımdır ki, MDB üzvlüyünə xitam vermək müvafiq prosedurlara riayət etməyi tələb edir. MDB Nizamnaməsinin 9-cu maddəsinə əsasən, dövlət 12 ay əvvəl MDB İcraiyyə Komitəsini yazılı şəkildə xəbərdar etməklə Birlikdən çıxmaq hüququna malikdir.

Bundan sonra bu bir illik müddətin hesablanacağı tarix müəyyən ediləcək və ayrılan dövlətin qoşulduğu MDB orqanlarının müqavilə və qərarlarının inventarlaşdırılması prosesinə başlanılacaq”, - deyə nazirliyin saytında yerləşdirilən şərhdə deyilir.

Beləliklə, Birlikdən çıxmaq “birdəfəlik addım” deyil və müəyyən edilmiş prosedura riayət etmək Moldovanın təkcə Rusiyaya deyil, digər MDB dövlətlərinə münasibətdə beynəlxalq öhdəliklərinin bir hissəsidir.

Seçilən
70
publika.az

1Mənbələr