AZ

Azərbaycanın neft koksu və neft bitumunun ixracından əldə etdiyi gəlirlər artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 68,7 milyon ABŞ dolları dəyərində217,2 min ton neft koksu ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 50,698 milyon ABŞ dolları və ya 3,8dəfə, həcm ifadəsində isə 7,3 min ton və ya 3,5% çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixrachəcminin 0,27%-ni təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 1,137 milyon ABŞdolları dəyərində 4 360 ton neft bitumu ixrac olunub ki, bu da2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 917 minABŞ dolları (5,2 dəfə), həcm ifadəsində isə 3,2 min ton (3,7 dəfə)çoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton bitumlusüxurlardan əldə olunan xam neft və neft məhsulları ixracolunub.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2%azdır, lakin həcm ifadəsində 215 min ton və ya 0,9% çoxdur

Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Hesabat dövründə 431,9 milyon ABŞ dolları dəyərində 735,8 minton xam neft ixracı ilə yanaşı, Azərbaycandan bitumlu süxurlardanəldə olunan neft və neft məhsulları, eləcə də tərkibində 70% vədaha çox neft və ya neft məhsulları olan məhsullar da ixracolunub.

2024-cü illə müqayisədə bu, dəyər ifadəsində 97 milyon ABŞdolları və ya 29%, həcm ifadəsində isə 198,2 min ton və ya 36,9%artım deməkdir.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr