"Uzak şehir" serialının populyarlığı ölkədə doğulan qız uşaqlarına qoyulad adlara da təsir edib.
7News.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Oğlan körpələri arasında "Alparslan" adı 2024-cü ildə olduğu kimi ötən ildə liderliyini qorusa da, qız körpələrinə verilən adlarda bu ənənə dəyişib.
Belə ki, "Uzak şehir"in baş rol oyunçusu Sinem Ünsalın canlandırdığı "Alya" obrazına görə, bu ad illərdir birinci yerdə olan "Defne" adını geridə qoyaraq ilk sıraya yerləşib.