AZ

Tramp Bakını da dəvət etmişdi - İddiası ömürlük orada qalmaqdır

BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp prezidentlik müddəti başa çatdıqdan sonra da Sülh Şurasının rəhbəri olaraq qala bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmisi hesab edir ki, bu post Tramp istefa verənədək ona məxsus olacaq. Bununla yanaşı, ABŞ-nin gələcək prezidenti şurada Vaşinqtonun rəsmi nümayəndəsini təyin və ya müəyyən edə biləcək.

“Bloomberg” yazıb ki, Donald Trampın ömürlük sədrliyi ehtimalı artıq G7-nin digər liderləri tərəfindən müqavimətlə qarşılanıb.

Mənbələrin fikrincə, Sülh Şurası Qəzza zolağının bərpasından daha geniş səlahiyyətlərə malik ola, Donald Trampın uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya onunla rəqabət aparan beynəlxalq qurumun formalaşmasına zəmin yarada bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Azərbaycanı da Sülh Şurasına dəvət edib və bu, rəsmi Bakı tərəfindən qəbul olunub.

Seçilən
50
1
teleqraf.com

2Mənbələr