AZ

Yardımlının dağ kəndlərinə gedən yollar BAĞLANDI

Yazını böyüt
Yazını kiçilt

"Hazırda Yardımlı rayonunun dağ kəndlərinə gedən avtomobil yollarında qardan təmizləmə işləri həyata keçirilir".

Hafta.az xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin məlumatında yağan güclü qar səbəbindən bir sıra kəndlərə gedən yollarda hərəkətdə çətinlik yarandığı bildirilib.

"Yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Bu gün icra hakimiyyətinin ərazi nümayəndəliyi, bələdiyyə işçiləri və 51 saylı Yol İstismar İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Cəlilabad-Yardımlı magistral yolundan Yardımlının Çanaxbulaq kəndindən Zevin kəndi istiqamətinə gedən yol qar örtüyündə təmizlənir, avtomobillərin hərəkəti bərpa olunub. Kəndlərdə elektrik enerjisi ilə bağlı yaranan problem də həll olunmaqdadır", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, güclü qar yağışı nəticəsində elektrik xətlərinin zədələnməsi səbəbindən Yardımlının üç dağ kəndində elektrik enerjisinin verilişində fasilə yaranıb. Kənd sakinləri yolların bağlı olması ucbatından işıqla bağlı problemin operativ həllinin mümkün olmadığını bildiriblər.

Seçilən
61
1
hafta.az

2Mənbələr