AZ

AQTA sədri İTV yə qadağa qoydu VİDEO

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri İctimai TV-yə qadağa qoyub.

Ölkə.Az xəbər verir ki, bu  barədə “Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədova məlumat verib.

Bildirilib ki, “Sabaha saxlamayaq” verilişinin efirində qida təhülkəsizliyi ilə bağlı gedən müzakirələrdə iştirak etmək üçün AQTA nümayəndəsi dəvət edilsə də, gələn olmayıb.

Qurumdan TV-yə verilən cavabda bildirilib ki, AQTA sədri Qoşqar Təhməzli “Sabaha saxlamayaq” proqramında iştirak etmək üçün əməkdaşlara qadağa qoyub. 

“Bunun üçün təəssüf edirik. Salamlarımızı göndəririk və bildiririk ki, əgər İTV-nin efirində ictimaiyyəti narahat edən bir mövzunu müzakirə ediriksə və əgər bütün bunlardan məsul olan dövlət qurumu bununla bağlı ictimaiyyət qarşısına çıxıb açıqlama vermək istəmir, hələ üstəlik, bir verilişdə iştirakı əməkdaşlarına qadağan edirsə, burada həqiqətən sular bulanır kimi bir şübhə yaranır. O zaman istənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək özləri hansı sudan içirlər bu barədə bizə deyə bilərdilər”, - deyə V.Məmmədova söyləyib.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
olke.az

4Mənbələr