AZ

Ötən il ərzağa aylıq 22 manat daha çox vəsait xərcləmişik Statistika

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Ötən ilin nəticələrinə görə, pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfərə düşən orta aylıq xərci 550,2 manat olub. 

Rəsmi məlumatlara əsasən, bu məbləğin 300,3 manatı (54,5%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına, 249,9 manatı (45,5%) isə qeyri-ərzaq mallarına yönəlib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici daha aşağı olub. Həmin il pərakəndə ticarətdə bir nəfərin orta aylıq xərci 508 manat təşkil edib. Bu vəsaitin 278,8 manatı (54,9%) ərzaq və içkilərə, 229,2 manatı (44,1%) isə qeyri-ərzaq məhsullarına xərclənib.

Beləliklə, son bir ildə əhalinin pərakəndə ticarətdə aylıq xərcləri artıb, artım həm ərzaq, həm də qeyri-ərzaq malları üzrə müşahidə olunub.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
azpolitika.info

1Mənbələr