ain.az, Redaktor.az saytına istinadən bildirir.
"Pəhriz saxlamaq insan orqanizmi üçün çox ciddi bir stresdir. Pəhriz saxlayan insanın davranışlarından da bunu hiss etmək olur. Belə insanlar daha tez əsəbləşir, hər şeyə qıcıqla reaksiya verirlər".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov bildirdi.
Həkim vurğuladı ki, ailədə pəhriz saxlayan birindən də görmək olur ki, o daha həssas olur, deyilən söz tez xətrinə dəyir:
"Bunun səbəbi isə qanda şəkərin səviyyəsinin azalması, kortizol hormonunun artması və hormonal dəyişikliklərdir. Hormonlar dəyişəndə insanın əhval-ruhiyyəsi pozulur, enerjisi azalır və ümumi halsızlıq yaranır. Peşəkar dietoloqlar isə pəhrizi mərhələli və daha yüngül şəkildə tərtib edirlər. Bu zaman orqanizm güclü stres keçirmir və nəticədə daha sağlam və davamlı nəticə əldə olunur. Digər çox vacib məqamlardan biri də daimi pəhriz saxlayan insanlardır. Bəzi insanlar üç ay pəhriz saxlayır, çəki atır, sonra isə qısa müddətdə həmin çəkini yenidən geri alırlar. Bu proses il boyu davam edir. Belə hallar insan sağlamlığı üçün çox ciddi risk yaradır və olduqca təhlükəlidir".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.