AZ

Ter Stegen “Jirona”ya keçdi


“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”ya keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jirona” rəsmi saytında məlumat yayıb.  
Klub təcrübəli qarıçının mövsümün sonuna qədər "Barselona"dan icarəyə götürüldüyünü elan edib.
Qeyd edək ki, 33 yaşlı qapıçı bu mövsüm Kral Kuboku ilə bir matçda meydana çıxıb. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Ter Ştegen 2014-cü ildən “Barselona”da oynayır. Alman qapıçı klubla Çempionlar Liqasını qazanıb və altı dəfə İspaniya çempionu olub.
Seçilən
13
1
yeniavaz.com

3Mənbələr