AZ

Xəstənin komaya düşməsində təqsirləndirilən plastik cərrahın məhkəməsi başladı



Nəsimi Rayon Məhkəməsində əməliyyat zamanı xəstənin komaya düşməsində təqsirləndirilən estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Medicina.az xəbər verir ki, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib və iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi yanvarın 28-nə təyin edilib.

İttihama görə, hadisə ötən ilin aprel ayında Bakıdakı "MedAura" klinikasında baş verib. Klinikada rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. Məlumata görə, komadan ayılan qadın sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib.

Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, Yaqub Əsədi və Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.


MEDİCİNA.AZ


Seçilən
34
3
medicina.az

10Mənbələr