AZ

Dərnəgüldə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 1

Dərnəgüldə
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. 1news.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək. 13:49 Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir. 1news.az xəbər verir ki, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır. Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir. **** 12:13 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. 1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək.
Seçilən
43
2
1news.az

10Mənbələr