AZ

Bakıdakı güclü yanğının başvermə səbəbi bəlli oldu

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub.

Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub.

Hazırda Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
axar.az

2Mənbələr