AZ

Naxçıvanın nəqliyyat sektorunda 7 milyon tondan çox yük daşınıb

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Ötən il muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 220 min 600 ton yük, 48 milyon 11 min 700 sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2024-cü illə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,3 faiz artıb.

2025-ci ildə informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 1,9 faiz azalaraq 35 milyon 289 min 100 manat olub. Xidmətlərin 38,1 faizi mobil telefon rabitəsi sahəsində, 65,1 faizi isə qeyri-dövlət sektorunda formalaşıb.

Seçilən
155
1
azertag.az

2Mənbələr