AZ

Taekvondo üzrə Azərbaycan millisi Şəkidə hazırlıq keçir

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Şəkidə təlim-məşq toplanışına start verib.

SİA xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.

Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilir.

Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
7
sia.az

8Mənbələr