AZ

Ramin Məmmədov misirli naziri Azərbaycanın tolerantlıq ənənələri barədə məlumatlandırıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov misirli naziri Azərbaycanın tolerantlıq ənənələri barədə məlumatlandırıb.

525.az xəbər verir ki, R.Məmmədov bu barədə Misirin dini işlər və vəqflər naziri - İslam Ali Şurasının sədri Usamə Əl-Əzhəri ilə komitədə keçirilən görüşdə danışıb.

R.Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini etiqad azadlığının təmin edildiyini, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib. Azərbaycanda dinlərarası dialoqun beynəlxalq miqyasda dərinləşdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə, həmçinin din təhsili və maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Misirli nazir iki ölkənin alimlərinin, din xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi, dini maarifləndirmə layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

Görüş zamanı həmçinin Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

İkitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib, beynəlxalq platformalarda qarşılıqlı dəstək və birgə təşəbbüslərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
10
525.az

10Mənbələr