ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mənim sadə qiymətləndirməm belədir ki, deyəsən, Rusiyanın sonu yaxınlaşır. Vladimir Putin sanki SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun yolu ilə gedir. Qorbaçovun siyasəti ümumilikdə SSRİ-ni dağıtdı, nəticədə bu şəxs Nobel mükafatı aldı və ömürünü başa vurdu. Deyəsən, Vladimir Putin də Rusiyanı dağıdıb Nobel mükafatı alacaq və daha sonra Almaniyaya köçəcək. Çünki baş verənləri başqa cür qiymətləndirmək mümkünsüzdür”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, depuatat Asim Mollazadə son zamanlar Rusiyanın media və ekspert camiəsindən keçmiş sovet respublikaları ilə bağlı verilən açıqlamaları şərh edərkən deyib.
Bu yaxınlarda Rusiyada “Avrasiyaçılıq” siyasətinin memarı və qızğın təbliğatçısı Aleksandr Duqin bəyan edib ki, Moskva keçmiş sovet respublikalarının müstəqilliyi və suverenliyi ilə barışmamalıdır. O cümlədən Kremlin əsas təbliğatçılarından sayılan Vladimir Solovlyov keçmiş sovet ölkələrini “xüsusi əməliyyatla” hədələyib.
A. Mollazadə isə iddia edir ki, artıq imperiyanın istəyi və ambisiyaları sona çatır: “Müstəqil dövlətlər artıq öz suverenliklərini daha da bərkidir, beynəlxalq siyasətdə nüfuzları artır və əlaqələri güclənir. Məsələn, Azərbaycanın, eləcə də digər ölkələrin. Bunu gördükləri üçün əsəbləşir, daxilən qızışır və nəticədə bu cür fikirlər ifadə edirlər. Əslində isə sonlarını yaxınlaşdırırlar”.
Deputat bu cür fikirlərin məntiqi davamı olaraq hansısa addımların atılacağını ehtimal etmir, çünki ortada reallıqlar var.
Mollazadə əlavə edib ki, Rusiya dörd ildir, Ukraynada müharibə aparsa da, heç nə əldə etməyib. Ukrayna qədər, bəlkə də daha çox ziyana düşüb, məğlubiyyətə doğru irəliləyirlər.
Nemət ORUCOV
Reyting.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.