Bakı, 21 yanvar, Cavid Əliyev, AZƏRTAC
Düşünürəm ki, “Qarabağ” - “Ayntraxt” oyununda böyükhesablı qələbə olmayacaq.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında almaniyalı keçmiş hakim Bernd Heynemann deyib.
O, 2013-cü ildə bu komandaların UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşdığını xatırladıb.
“Hər iki görüşdə “Ayntraxt” qalib gəlmişdi. Frankfurt təmsilçisində baş məşqçi dəyişikliyi olub. Komanda son oyunlarda da istədiyi nəticə əldə edə bilmir. Buna baxmayaraq, Bundesliqa klubunun keyfiyyətli kollektiv olması qalib gəlmək üçün kifayət edir. Əfsanəvi mərhum futbolçu Frans Bekkenbauerin dediyi kimi, “gözləyək, görək!””, - deyə almaniyalı keçmiş hakim vurğulayıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.