AZ

Şəhidimiz Orxan Qasımovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qasımov 21 yanvar 1996-cı ildə Füzuli rayonunun Qacar kəndindən olan məcburi köçkün ailəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "neft-qaz mühəndisi" ixtisası üzrə təhsil alıb. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin sentyabrında başlanan hərbi-təlim toplantıları üçün səfərbər olunan Orxan Qasımov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Orxan Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!

Seçilən
15
qht.az

1Mənbələr