“Özünü dietoloq adlandıran insanların sayını məhdudlaşdırmaq çətindir, çünki sosial şəbəkələr vasitəsilə dünyanın hər yerindən hər kəs bu sahədə fəaliyyət göstərə bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayım zamanı qastroenteroloq Emin Məmmədov bildirib.
O qeyd edib ki, hər bir insan öz bədənini qorumağı bacarmalıdır:
“Əgər dietoloq proqram təyin edərkən lazımi analiz və yoxlamaları tələb etmirsə, bu zaman diqqətli olmaq vacibdir.
Belə diet proqramları ciddi sağlamlıq problemlərinə yol aça bilər, geri dönüşü olmayan sağalmlıq problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən dietoloq seçərkən mütləq diqqətli olmaq lazımdır”.