AZ

Erməni kilsəsi parçalanır: Ruhanilər Şurası qeyri-kanonik elan edildi

Paşinyanın tərəfinə keçən on yepiskop Ali Ruhani Şuranı etibarsız struktur elan edən bəyanat yayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bəyanat Kilsə İslahatları üzrə Koordinasiya Şurasının adından yayılıb.

“Müqəddəs Eçmiədzin Ana Taxtının yepiskoplarına 16-19 fevral 2026-cı ildə Sankt-Pölten şəhərində (Avstriya) keçiriləcək Erməni Kilsəsi yepiskoplarının yığıncağında iştirak etmək üçün dəvət göndərilib.

Qeyd edilir ki, yığıncağın çağırılması qərarı Ali Ruhani Şura tərəfindən bu il yanvarın 13-də keçirilən iclasda qəbul edilib. Yepiskopların görüşündə Erməni Kilsəsi ilə bağlı son hadisələr və kilsədaxili məsələlər müzakirə olunacaq. 

Hazırkı Ali Ruhani Şura etibarsız bir strukturdur. Çünki o, 2017-ci ildə Kilsə Nümayəndələr Məclisi tərəfindən dörd illik müddətə seçilib və səlahiyyət müddəti 2021-ci ildə başa çatıb.

Bundan sonra Şura bütün ermənilərin katolikosu taxt-tacını tutan şəxsin yeganə qərarı ilə formalaşdırılıb. Ona görə də, Ali Ruhani Şuranın qərarları qeyri-kanonikdir (Kilsə tərəfindən qəbul olunmayan və ya rəsmi təlimə daxil edilməyən mənbə)”, - deyə bəyanatda bildirilir. 

Koordinasiya Şurası qeyd edib ki, heç kimin belə bir vacib görüşü xarici ölkədə keçirməyə, bununla da Müqəddəs Eçmiədzin Ana Taxt-tacını nüfuzdan salmağa və Ermənistanın dövlətçiliyinə xələl gətirməyə haqqı yoxdur. 

Koordinasiya Şurası nifaq salan xaricdəki Yepiskoplar Məclisinin çağırılması qərarını ləğv etməyə, Erməni Kilsəsinin çoxdan gözlənilən islahatını həyata keçirmək üçün bütün səyləri və resursları birləşdirməyə və yepiskopların bu avantürasına uymamağa çağırıb. 

Seçilən
74
cebheinfo.az

1Mənbələr