AZ

Frederiksen: "ABŞ-yə qarşı güc tətbiqindən çəkinməyəcəyik"

Danimarka Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya qarşı hərbi güc tətbiq edəcəyi təqdirdə Danimarkanın da eyni addımı atmaqdan çəkinməyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Frederiksen paytaxt Kopenhagendə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı "ələ keçirməyə" yönəlmiş təhdidlərini yaxından izlədiklərini qeyd edib.

Trampın Qrenlandiya ilə bağlı ritorikasında hərbi güc tətbiqi ehtimalını istisna etmədiyini xatırladan Frederiksen, "Buna görə də biz də eyni şeyi etməkdən çəkinmərik. Bu, ABŞ Prezidentinin dediklərinin və ya demədiklərinin təbii nəticəsi olar" deyib.

Frederiksen Qrenlandiyadakı hərbi təlim fəaliyyətlərinin artırıldığını söyləyərək, "Qrenlandiyada hərbi varlığın artması bir müddətdir davam edən NATO-nun Arktika Dayanıqlılıq Əməliyyatının nəticəsidir" deyə əlavə edib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr