AZ

"Şəfa"nın zədəliləri sıraya nə vaxt dönəcəklər? - SON DURUM

1-ci Liqa təmsilçisi "Şəfa"nın zədəli futbolçularının son vəziyyəti bəlli olub.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Elgiz Kərəmli məlumat verib.

"Zaqatala" ilə 10-cu turun oyununda (1:1) rəqiblə mübarizə zamanı ciddi xəsarət alan Urfan İsmayılovla Aqil Nəsibov məşqlərdə iştirak etmirlər. Hər iki oyunçunun təxminən bir həftədən sonra çalışmalara başlayacağı gözlənilir".

Qeyd edək ki, 30 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində ilk pillədə mövqe tutub. Sözügedən kollektiv cari mövsüm mübarizə apardığı çempionatda məğlub olmayıb.

Nihat  

Seçilən
26
1
fanat.az

2Mənbələr