AZ

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 % artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 milyard 366,3 milyon manat təşkil edib.

Bu barədə "Far.Az"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 % çoxdur.

Ötən il muxtar respublikanın ticarət şəbəkəsində 703,7 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 662,7 milyon manatlıq qeyri-qida məhsulları satılıb.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

Seçilən
6
far.az

1Mənbələr