Müğənni Ofelya Şabanova müsahibə zamanı şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib.
Publika.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, xəstələndiyi zaman həyat yoldaşı ona xüsusi qayğı göstərir: "Xəstələnəndə ərim məni uşaq kimi ovucunun içində gəzdirir".
Onun sözlərinə görə, ev işlərində çox yorulduğu vaxtlarda həyat yoldaşı böyük oğullarına əsəbiləşərək anasına kömək etmədiklərini irad tutur.
Sənətçi qeyd edib ki, evdə onun haqqında deyilənlərə əhəmiyyət vermir və həyat yoldaşını çox dəyərli insan hesab edir. Müğənninin etirafına görə, onu ən çox qorxudan məsələ ərinin ondan bezməsi ehtimalıdır.
"Ərimə görə indiyə qədər evdə tozsoran belə işlətməmişəm. Bəzən qorxuram ki, birdən çayını vaxtında aparmaram", - deyə o bildirib.