AZ

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Kiprin “Aris” klubu azərbaycanlı futbolçunu transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, söhbət “Şamaxı”nın üzvü Rüfət Abbasovdan gedir.
 

Adıçəkilən klub futbolçumuzu hətta bu qış heyətə qatmaq istəyib. Amma müəyyən məsələlərə görə transfer baş tutmayıb. Bununla belə “Aris” yayda yenidən Abbasov üçün danışıqlara başlamaq fikrindədir.


Qeyd edək ki, Kipr klubu bir müddət əvvəl “Qarabağ”ın üzvü Abbas Hüseynovu da transfer etmək istəmiş ancaq o, keçiddən imtina etmişdi.

Bizim.Media

Seçilən
6
10
bizim.media

10Mənbələr