Bizimyol saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın dövlət katibi Marko Rubio, ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək. Dinləmələr, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyata həsr olunacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Punchbowl" portalı məlumat verib.
Portalın məlumatına görə, diplomat 28 yanvarda komitədə çıxış edəcək. Dinləmələr zamanı Ukrayna, Qəzza, İran və Çin Xalq Respublikası da müzakirə edilə bilər.
ABŞ Prezidenti Donald Tramp 3 yanvarda Karakasda hərbi əməliyyatın keçirildiyini açıqlayıb, nəticədə ABŞ-ın hərbçiləri Maduro və onun həyat yoldaşını ələ keçiriblər. 5 yanvarda onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməyə çıxarılıblar. Onlara narkotik ticarəti ilə məşğul olmaqda ittiham irəli sürülüb. Maduro və həyat yoldaşı ittihamları rədd ediblər. Venesuelada dövlət başçısının vəzifələrini Maduronun sabiq icraçı vitse-prezidenti Delsi Rodriqes yerinə yetirir. Tramp ABŞ-ın Venesuelada müvəqqəti idarəetməni öz üzərinə götürəcəyini bəyan edib.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.