AZ

Lənkərana yağan intensiv yağışın yaratdığı fəsadlar aradan qaldırılır  

İntensiv yağışlar nəticəsində Lənkəranda bir sıra çaylarda sululuq səviyyəsinin artması nəticəsində, eləcə də suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısamüddətli subasma halları müşahidə edilib.

Hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Subasma halları müşahidə olunan ərazilərdə aidiyyəti qurumlarla birgə tədbirlər görülür. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikaları ərazilərə cəlb edilib. Vilvan, Separadi, Zövlə, Kərgəlan və Səpnəkəran kəndlərində intensiv yağan yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

Subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.

Hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirir. 

S.CAVADOV,“Azərbaycan”

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr