AZ

Sörlot Qalatasaray la oyunöncəsi nələr dedi?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Çempionlar Liqasında ''Qalatasaray''ı mühüm sınaq gözləyir. Türkiyə çempionu doğma fanatları önündə ''Atletiko'' ilə qarşılaşacaq. Madrid nəhənginin əsas qol silahı Aleksander Sörlot oyunöncəsi mətbuat konfransında acıqlamalar verib. Daha öncə Türkiyədə ''Trabzonspor''un formasını geymiş tanınmış norveçli forvard bunları deyib:

''Qollar vurduqca özüməinamım artır. Komanda yoldaşlarım da mənə inanır. İnam futbolda çox önəmli məqamdı. ''Atletiko''da xoşbəxtəm və fikrimcə bunu meydanda da göstərirəm. Dəyişiklik barədə düşünmürəm və karyeramı burda davam etdirmək istəyirəm. Komanda olaraq çox yaxşı durumdayıq. Yeni qatılan futbolçular da adaptasiyanı tamamlayıb. Türkiyədə bir mövsüm oynamışam. Stadionlar hər zaman dolu olur. İnsanlar futbola çox bağlıdı. Türkiyə çempionatı mübariz futbolçular üçün daha uyğundu. ''Qalatasaray''la oyun çətin keçəcək. Onların heyətində hər hansı bir futbolçu ilə bağlı xüsusi olaraq müzakirələr aparmamışıq. Okan Buruk mənim Holanndan daha yaxşı formada olduğumu söyləyib? Belə şeyləri eşitmək xoşdu. Okan Buruk böyük məşqçidi''.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
icma.az

2Mənbələr