AZ

Almaniya kansleri ilə Trampın Davosda görüşü baş tutmayacaq

Almaniya kansleri Fridrix Merz ilə ABŞ Prezidenti Donald Tramp arasında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində planlaşdırılan görüşün baş tutmayacaq.

 “BILD” nəşrinin Almaniya hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, buna səbəb ABŞ Prezidentinin təyyarəsində baş verən nasazlıq səbəbindən İsveçrəyə gec çatmasıdır.

Bildirlir ki, gecikməyə baxmayaraq, Tramp Davosda Dünya İqtisadi Forumunda çıxış etməyi, eləcə də dünya liderləri və biznes nümayəndələri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Seçilən
25
8
anews.az

9Mənbələr