AZ

Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib

Venesuelanın keçici dövlət Prezidenti Delcy Rodriguez bildirib ki, ölkə 500 milyon dollar dəyərində neft satış razılaşmasının ilk mərhələsindən 300 milyon dollar əldə edib və bu məbləğ artıq ölkəyə daxil olub.

Bu vəsaitin əsas məqsədi iqtisadi sabitliyi gücləndirmək, valyuta bazarını dəstəkləmək və bazarda dalğalanmalarla mübarizə aparmaqdır. Bu gəlir ilk hissə olaraq Venesuela Mərkəzi Bankı hesablarına köçürülüb və iqtisadi məqsədlərdə istifadə olunacaq.

Rodriguez deyib ki, əldə olunan gəlir inflyasiya və valyuta bazarındakı dəyişikliklərə qarşı tədbirlərin davam etdirilməsinə dəstək olacaq və ölkəyə xarici valyuta axını davam edəcək.

Bu neft satışı ABŞ ilə əldə olunan böyük enerji razılaşmasının bir hissəsi kimi həyata keçirilib.

Seçilən
6
marja.az

1Mənbələr