AZ

Təcili tibbi yardım briqadasının xəstə uşağı yolda qoyması ilə bağlı iddiaya RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərkedilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əksetdirmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalımaz Tibbi YardımMərkəzinin məlumatına görə,18 yanvar 2026-cı il tarixində saat20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon MərkəziXəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda,xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərəkdispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəlisürülüb.

"Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnızhəkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonraqəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonraRegional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidmətivasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokolpozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqadagöndərilib. Bununla əlaqədar olaraq, məsul əməkdaş barəsindəinzibati tənbeh tədbiri görüləcəkdir.

Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidənxəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi vətəxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıqverilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina etmiş,xəbərdarlıqlara baxmayaraq ambulansı məcburi şəkildə saxlayaraqxəstəni ambulasdan götürərək DYP patrul avtomobili ilə Gəncəistiqamətində aparıblar.

Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərkedilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir",məlumatda bildirilib.

Qeyd edək ki, mediada Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcilitibbi yardım briqadası ağır vəziyyətdə olan xəstə uşağı yoldaköməksiz vəziyyətdə qoyması ilə bağlı xəbərlər yayılıb.

Məqalədə:
Seçilən
118
1
az.trend.az

7Mənbələr